Modern.az

Türkiyə İrəvandan Zəngəzur dəhlizini açmağı TƏLƏB EDİR

Türkiyə İrəvandan Zəngəzur dəhlizini açmağı TƏLƏB EDİR

Qərbi Azərbaycan

25 Aprel 2023, 10:12

Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması vacib addımdır. Bununla Qarabağa gizli şəkildə silah-sursat və minaların daşınmasının qarşısı alınacaq.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın məqsədi bölgəyə sülh gətirməkdir:

 

“Azərbaycanın bütün addımları sülhə yönəlib. Əlbəttə, gec və ya tez bölgəyə sülh gəlməlidir. İnanıram ki, qardaş ölkə buna nail olacaq. Azərbaycan atdığı addımlarla Ermənistanı sülhə məcbur edir. Ancaq biz görürük ki, Ermənistan sülhə mane olmaq üçün bütün vasitələrdən istifadə edir, təxribatlara əl atır. Bütün bunlar əsassızdır və Ermənistan heç bir nəticə əldə edə bilməyəcək.

 

Ermənistan Azərbaycanla yanaşı Türkiyəni də hədəfə alır. Ancaq istəklərinə çata bilməyəcəklər. Onlar bayraqlarımızı yandırmaqla bizə olan nifrətlərini göstərirlər. Təbii ki, belə təxribatlar Azərbaycanı və Türkiyəni yolundan döndərə bilməz. Biz birlikdə addımlayaraq, bütün maneələri dəf edəcəyik”.

 

 

Şamil Ayrım Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılacağına inandığını söyləyib və Ermənistana çağırış ünvanlayıb:

 

“Azərbaycanın sərhəd-buraxılış məntəqəsini quraşdırması əslində Zəngəzur dəhlizinin reallaşmasının bir növ mesajıdır. Zəngəzur dəhlizi sülhün başlanğıcı olacaq. Məncə, yaxın zamanlarda Zəngəzur dəhlizinin açılmasını gözləyə bilərik. Ermənistan buna məcbur olacaq. Növbəti dəfə Ermənistana səslənirik ki, evinizdə rahat yatmaq istəyirsinizsə, sülhə səs verin. Unutmayın ki, Azərbaycan və Türkiyə İkinci Qarabağ müharibəsindəkindən daha da güclüdür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür