Modern.az

Külli miqdarda aksizi olmayan siqaret aşkarlandı 

Külli miqdarda aksizi olmayan siqaret aşkarlandı 

27 May 2023, 17:29

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat ə İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et