Modern.az

Reznikov israilli həmkarı ilə danışıqlar apardı - İLK DƏFƏ

Reznikov israilli həmkarı ilə danışıqlar apardı - İLK DƏFƏ

Aktual

21 İyun 2023, 20:32

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov israilli həmkarı Yoav Qalantla ilk dəfə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Reznikov “Twitter” səhifəsində yazıb.

 

Reznikov bildirib ki, tərəflər çox məhsuldar danışıq aparıblar.

 

"Biz mövcud vəziyyəti və ölkəni havadan gələn təhdidlərdən qorumaq layihəsinin perspektivlərini müzakirə etdik. İranın pilotsuz uçuş aparatı hər iki ölkə üçün təhlükəsizlik təhdididir. Biz buna qarşı çıxmaqda İsrailin köməyinə ümid edirik", - İsrailin müdafiə naziri yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et