Modern.az

İki rayona yeni polis rəisi təyin olundu

İki rayona yeni polis rəisi təyin olundu

Aktual

10 Aprel 2024, 17:37

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrləri ilə Nəsimi və Yasamal rayonlarına yeni polis rəisləri təyin edilib.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, DİN-in  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi, polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!