Modern.az

WUF13 dünya mediasının diqqətində 

WUF13 dünya mediasının diqqətində 

Ölkə

19 May 2026, 23:45

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq qalır.

Modern.az xəbər verir ki, dünyanın müxtəlif regionlarını təmsil edən nüfuzlu media qurumları Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbiri beynəlxalq urbanizasiya, dayanıqlı inkişaf və gələcəyin şəhərləri ilə bağlı qlobal dialoq platforması kimi dəyərləndirir. Xarici mətbuatın çoxsaylı materiallarında Bakının yüksəksəviyyəli təşkilatçılığı, Azərbaycanın qonaqpərvərliyi, Prezident İlham Əliyevin tədbirin açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər, eləcə də ölkəmizin “Ağıllı şəhər” və “Yaşıl zona” konsepsiyalarının uğurlu tətbiqi xüsusi vurğulanıb. Forum çərçivəsində şəhərsalma, mənzil siyasəti, rəqəmsal transformasiya və iqlim çağırışları ilə bağlı aparılan müzakirələrin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq və innovativ yanaşmalar üçün mühüm mərkəzə çevrildiyini nümayiş etdirdiyi qeyd olunub. WUF13-ün Bakıda təşkilinin həm də ölkəmizin qlobal nüfuzunun artdığını, Azərbaycanın dünya miqyasında strateji təşəbbüslər irəli sürən etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdiyini təsdiqlədiyi diqqətə çatdırılıb.

Türkiyənin “TRT Haber”“Milliyet”“Hibya”“T24”“DHA”“Günebakış” və digər media qurumlarında yayımlanan xəbərlərdə qardaş ölkənin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlığının şəhərsalma sahəsində də birgə layihələrlə əksini tapdığı qeyd edilib. Xəbərlərdə Prezident İlham Əliyevin “Ağıllı şəhər” və “Yaşıl zona” vizyonlarının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub. Türkiyə mətbuatında Azərbaycanın bu sessiyada qlobal miqyasda mühüm uğura imza atmasına və ölkəmizin yüksəksəviyyəli təşkilatçılığına xüsusi diqqət çəkilib. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi WUF13-ün Türk dünyası üçün əhəmiyyəti və Bakının nümunəvi təşkilatçılığı barədə oxuculara ətraflı məlumat verilib.

Sessiyaya ilk gündən geniş yer ayıran Pakistan mediası Pəncab əyalətinin Baş naziri Məryəm Nəvazın Bakıdakı müzakirələrdə fəal iştirakını və Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki liderliyini geniş işıqlandırıb. Qardaş ölkənin “DND”“Radio Pakistan”“Dawn”“AAJ TV”“The Diplomatic Insight”“Dunya News”“Pakistan Today” və digər nəşrlərində yer alan xəbərlərdə WUF13-ün Bakıda təşkilinin Azərbaycan Prezidentinin strateji baxışının təzahürü olduğu və ölkəmizin beynəlxalq nümayəndə heyətlərini ən yüksək səviyyədə qarşıladığı bildirilib. Eyni zamanda, Pakistanın mənzil inkişafı sahəsindəki layihələrinin Bakıda uğurla təqdim edildiyi və Azərbaycanın bu mötəbər tədbirə nümunəvi təşkilatçılığı vurğulanaraq, Pakistan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi yüksək qiymətləndirilib.

Səudiyyə Ərəbistanının “Al Yaum”“Ajel”“Al Hadath”“Sabq”“Al Bilad”“Al Jazirah”“Al Madina”“Saudi Gazette”“Eye of Riyadh” nəşrlərində Krallığın WUF13-də 20 qurumla təmsil olunduğu qeyd edilib. Xəbərlərdə Azərbaycanın yüksəksəviyyəli qonaqpərvərliyi və təşkilatçılığı ön plana çəkilib, tədbirin iki ölkə arasında təcrübə mübadiləsi üçün əla fürsət olduğu bildirilib. Bakı sessiyasının mənzil siyasəti sahəsində qlobal dönüş nöqtəsi olması, eləcə də bu tədbirin prioritetlərinin Səudiyyə Ərəbistanının 2030-cu il vizyonu ilə səsləşdiyi oxucuların diqqətinə çatdırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Voice of Emirates”“Al-Ain”“Al-Watan”“Menafn”, Küveytin “Q8 Press”, Bəhreynin “News of Bahrain”, Qətərin “Mshireb”“Al Raya”“QNA”, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin rəsmi portalı (GCC-SG.org) və digər WUF13-də mənzil böhranı ilə bağlı aparılan müzakirələrin, irəli sürülən həll yollarının bu sahədə aktual məsələlərin həlli baxımından önəmi vurğulanıb, Körfəz dövlətlərinin tədbirdə fəal iştirak etdiyi qeyd olunub. Xəbərlərdə Azərbaycanın beynəlxalq statuslu bu sessiyanı yüksək səviyyədə təşkil etdiyi və qlobal mənzil siyasətinə yeni yanaşmalar gətirdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Bakının şəhərsalma sahəsində qlobal dialoq mərkəzinə çevrilməsi təqdir edilib.

Qazaxıstanın “Almaty TV”“Vecher.kz”“Kursiv.media”“Kazinform”“Astana Times”“Smi24.kz”“KzVesti” media qurumları Baş nazir Oljas Bektenovun Bakıdakı çıxışını və qardaş ölkənin Azərbaycanın “Yaşıl şəhər” strategiyasına dəstəyini geniş işıqlandırılıb. Xəbərlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan “Ağıllı şəhər” konsepsiyasının beynəlxalq maraq doğurduğu xüsusi vurğulanıb. Həmçinin Bakı sessiyası regional və qlobal şəhərsalma məsələlərinin həllində mühüm mərhələ kimi dəyərləndirilib, tədbirin regional əməkdaşlıq üçün yeni üfüqlər açdığı bildirilib. Eyni zamanda, Qazaxıstanın Bakıda süni intellektəsaslı şəhərsalma modellərini təqdim etdiyi və Azərbaycanın təşkilatçılığının yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Özbəkistanın “Uzdaily”“Zamin.uz”“Eurasian Star” nəşrləri də Prezident Şavkat Mirziyoyevin forumda iştirakını və dayanıqlı şəhər inkişafı ilə bağlı irəli sürdüyü qlobal təşəbbüsləri geniş işıqlandırıb. Xəbərlərdə Azərbaycanın və Özbəkistanın şəhərsalma sahəsində birgə baxışları və strateji tərəfdaşlığı ön plana çəkilib, Bakının bu mötəbər tədbir üçün ən uyğun məkan kimi seçilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qırğızıstanın “Reporter.kg”“Kabar.kg”“Sputnik.kg”“24.kg”“7tv.kg”“Kg.akipress.org”“Jambylinfo.kz” media qurumları Prezident Sadır Japarovun Bakıdakı çıxışına və Beynəlxalq Dağlıq Şəhərlər Assosiasiyasının yaradılması təklifinə geniş yer ayrılıb. Xəbərlərdə Azərbaycanın bu təklifi dəstəkləməsi və tədbirin yüksə səviyyədə təşkili məmnunluqla qeyd edilib. Azərbaycanın təşkilatçılıq sahəsində böyük təcrübəsi qırğız mediasında yüksək qiymətləndirilib.

Gürcüstanın aparıcı media resursları Baş nazir İrakli Kobaxidzenin WUF13-də çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də iki ölkə arasında imzalanan sənədlər barədə silsilə materiallar dərc edib. Bu ölkənin “Interpressnews.ge”“Bpn.ge”“Kvira.ge”“Exclusivenews.ge”“Mix.metronome.ge”“Palitranews.ge”“Palitranews.ge”“Timer.ge”“Newshub.ge”“Aktual.ge”“Qafqazturk.kom”“24news.ge”“Interpress.ge”“Realnews.ge” portalları, “1tv.ge”“Rustavi 2”“Georgia Today”“Civil.ge”“Imedi News” media qurumları WUF13-ün əhəmiyyəti, Gürcüstan Baş nazirinin Prezident İlham Əliyevlə görüşü, imzalanan saziş və protokolların əhəmiyyəti, gürcü nazirlərin verdiyi açıqlamalar barədə xəbərlər paylaşıblar. Materiallarda Baş nazir İrakli Kobaxidzenin Bakıdakı qonaqpərvərliyə və sessiyanın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana minnətdarlığı xüsusi qeyd edilib. İ.Kobaxidzenin Bakı platformasını qlobal çağırışların (iqlim dəyişikliyi, sosial birlik və şəhərsalma) müzakirəsi üçün çox mühüm regional mərkəz kimi qiymətləndirdiyi vurğulanıb.

Bu mötəbər tədbir uzaq Latın Amerikası ölkələrinin mətbuatının da diqqət mərkəzindədir. Meksikada yayımlanan “Candelero”“Proceso”“Mundo de Mujeres”“La Octava”“MVS Noticias”“El Universal”“Heraldo de Mexico”“Imagen Radio”“Consulta Monterrey”“Publimetro” nəşrlərdə dərc olunan xəbərlərdə Mexiko şəhərinin meri Klara Bruqadanın sessiya çərçivəsində Meksika pavilyonunun açılışını etməsinə və Azərbaycanın şəhərsalma modelini yüksək qiymətləndirməsinə geniş yer verilib. Xəbərlərdə Azərbaycanın mənzil hüququ və dayanıqlı şəhər mühiti istiqamətindəki beynəlxalq səyləri, həmçinin Bakının bu tədbirə ev sahibi seçilməsinin təsadüfi olmadığı vurğulanıb. Bakıda təqdim olunan şəhərsalma modelləri və Azərbaycanın yaratdığı unikal dialoq mühiti barədə meksikalı oxuculara ətraflı məlumat verilib.

Argentinanın “Infoquilmes”“El Sol Noticias”“News Digitales” nəşrləri bu ölkənin nümayəndə heyətinin WUF13-də iştirakını və dayanıqlı şəhər inkişafı mövzusunda təqdimatlarını geniş işıqlandırıb. Məqalələrdə Azərbaycanın ev sahibliyi etdiyi bu platformanın beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığı bildirilib. Həmçinin Bakının müasir görkəmi, Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq səviyyədə diqqət çəkməsi və forumun uğurlu təşkili qeyd olunub.

Braziliyanın “Atual MT”“Mato Grosso 24 Horas”“Plantao News”“Folha Estado”“Diplomacia Business” media qurumları ölkənin Bakıdakı forumda geniş təmsil olunduğunu və Braziliya nümayəndə heyətinin şəhər inkişafı sahəsində Azərbaycan tərəfi ilə fəal təcrübə mübadiləsi apardığını yazıb. Xəbərlərdə WUF13-ün Qlobal Cənub ölkələri üçün əhəmiyyəti vurğulanıb və Azərbaycanın inklüziv şəhərsalma istiqamətində atdığı addımlar təqdir olunub. Bakının müasir infrastrukturunun sessiyanın ruhuna tam uyğunluğu xüsusi qeyd edilib.

Son illər dinamik inkişafı və ən son elmi-texniki nailiyyətləri ilə dünyanı heyran qoyan Çinin mediası da Bakıdakı tədbirə xüsusi diqqət ayırıb. Bu ölkənin “Sinxua”“Sohu”“Phoenix News”“Sina”“Guilin Life”“Guangming Daily”“163.com”“China.org.cn”“People.com.cn”“Huarenshijie” və digər media qurumları Bakının ev sahibliyi etdiyi WUF13-ü qlobal urbanizasiyanın gələcəyini müəyyən edən mühüm hadisə kimi geniş işıqlandırıb. Məqalələrdə Azərbaycanın rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsindəki nailiyyətləri, eləcə də Prezident İlham Əliyevin tədbirin açılışında toxunduğu strateji məqamlar ətraflı təhlil olunub. Çin nəşrləri Bakının ev sahibliyini qüsursuz və yüksəksəviyyəli xarakterizə edərək, Azərbaycanın qlobal şəhər inkişafına, dünya şəhərlərinin mənzil problemlərinin həllinə mühüm töhfə verdiyi bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı