Modern.az

Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”

Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”

Aktual

18 Aprel 2024, 18:08

Ermənistanın ilk baş naziri (1990-91) və keçmiş müdafiə naziri (1992-93) Vazgen Manukyan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulinə açıq məktub yazıb.

Modern.az xəbər verir ki, Vazgen Manukyan məktubda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını ürək ağrısı ilə qarşıladığını vurğulayıb:
 

“Hörmətli Konstantin Fedoroviç,

Rusiya silahlı qüvvələrinin Qarabağdan çıxarılması son nöqtəni “i” hərfinin üzərinə qoyur.

Hətta Rusiyanın Ukrayna ilə problemlərini, Ermənistan liderinin qeyri-adekvat insan olduğunu nəzərə alsaq belə, Rusiyanın 2020-ci ildən sonrakı davranışı məncə, müttəfiq anlayışlarına uyğun gəlmir.

Ukraynadakı döyüşün necə bitməsindən asılı olmayaraq, Rusiya bu regionda sizin üçün daha əhəmiyyətli olan müharibəni artıq uduzub, bütün dünyaya etibarsızlığını göstərib və həm bizə, həm də özünə zərərli olan pantürkist hərəkatı ruhlandırıb.

İlk domino artıq yıxılıb.

Mən Qarabağda baş verənlərin bütün nəticələrini anlayan Ermənistanın sadiq dostu kimi sizə ürəyimdəki ağrı ilə yazıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir