Modern.az

Daşqın qolf meydançasını məhv edib - Tramp

Daşqın qolf meydançasını məhv edib - Tramp

Dünya

Bu gün, 22:32

ABŞ-ın paytaxtı Vaşinqtonda fırtına nəticəsində Potomak çayının daşması Şərqi Potomak parkındakı qolf meydançasını yararsız vəziyyətə salıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, fırtına nəticəsində qolf meydançası, sahilboyu ərazi və oradan keçən yol su altında qalaraq dağılıb.

Tramp qolf meydançasının yenidən qurulmasına mane olmaqda ittiham etdiyi hakim Ana Reyesi də tənqid edib. ABŞ lideri hakimin siyasi motivlərlə hərəkət etdiyini iddia edib.

“Hazırda bu qolf meydançası təhlükə yaradır və istifadəyə yararsızdır. Daxili İşlər Nazirliyi meydançanı bağlayıb və hakimdən layihənin həyata keçirilməsinə dərhal icazə verməsini istəyir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti administrasiyanın qolf meydançasının yenidən qurulmasına icazə almaq üçün apellyasiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV