Modern.az

Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Hadisə

Bu gün, 21:22

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Ford Transit” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü M. Qaraxanova, 1993-cü il təvəllüdlü A. Alıyeva, 2019-cu il təvəllüdlü Ş. Alıyev və 1970-ci il təvəllüdlü G. Alıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV