Modern.az

Ərdoğan Yunanıstan Prezidenti Tasulos ilə görüşdü

Ərdoğan Yunanıstan Prezidenti Tasulos ilə görüşdü

Dünya

Bu gün, 20:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Prezidenti Konstantinos Tasulos ilə Dolmabahçedəki Prezident Ofisində keçirilən görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsi məlumat yayıb.

Prezident Ərdoğan Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin bütün sahələrdə əhəmiyyətli potensiala malik olduğunu və bunun inkişafı üçün səy göstərdiklərini bildirib.

Prezident Ərdoğan ortaq irs olan azlıqlar məsələsinə ilk növbədə humanitar əsasda yanaşmanın vacibliyini və Türkiyənin Yunanıstanda müsbət yanaşmalarının qarşılıqlı şəkildə qarşılanmasına ümid etdiyini bildirib və bunun münasibətlərin müsbət inkişafına töhfə verəcəyini əlavə edib.

Həmçinin Türkiyənin Egey dənizini sülh dənizinə çevirməkdə heç bir tərəddüd etmədiyini və Egey və Şərqi Aralıq dənizinin sabitlik və rifah hövzəsi olması lvacibliyini bildirib.

***

19:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulası qəbul edib.

Modern.az xəbər verir ki, görüş İstanbulda yerləşən Dolmabaxça sarayında baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV