Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə kitabxanaların sayının artırılmasının vacibliyini bildirib.
Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə Moskvada keçirilən süni intellekt üzrə beynəlxalq konfrans çərçivəsində məktəblilər və tələbələrlə görüşündə danışıb.
“Bir vaxtlar ölkəmizdə məscid tikmək dəbdə idi. Mən isə hesab edirəm ki, kitabxanalar tikmək lazımdır”, – Tokayev deyib.
Prezident bildirib ki, yaxın vaxtlarda Astana və Almatı şəhərlərində sutka ərzində fasiləsiz fəaliyyət göstərəcək prezident kitabxanaları açılacaq.
Tokayev, həmçinin Qazaxıstanda həyata keçirilən “Oxuyan millət” təşəbbüsündən danışaraq gənclər arasında mütaliə vərdişlərinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.