Modern.az

Məhərrəm Quliyev nöbvəti qəbul keçirdi - FOTOLAR

Məhərrəm Quliyev nöbvəti qəbul keçirdi - FOTOLAR

Aktual

24 Aprel 2024, 18:42

Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi, müraciətlər və təkliflər dinlənilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

 

Bu məqsədlə, rayon İcra Hakimiyyətinin inzibati binasında, rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev nöbvəti qəbul keçirdi. Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi.

 

Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok