Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının dosenti, biologiya elmləri namizədi Qafar İslam oğlu Əlizadə vəfat edib.
Universitetdən Modern.az-a verilən məlumata görə, 67 yaşında dünyasını dəyişən Q.Əlizadə 1971-1976-cı illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 1989-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Hüceyrə biofizikası və biotexnologiyası - ətraf mühit amillərinin müxtəlif diapazonlu elektromaqnit şüaları və ozonun ardıcıl qarşılıqlı təsirinə qarşı birhüceyrəli sistemlərin davamlığı və biotexnologiyanın fotobioenergetik problemləri istiqamətində tədqiqat işi aparıb.
Allah rəhmət eləsin!