Modern.az

Priqojinlə birlikdə qəzada ölənlər kimlərdir? - SİYAHI

Priqojinlə birlikdə qəzada ölənlər kimlərdir? - SİYAHI

24 Avqust 2023, 15:58

Xəbər verdiyimiz kimi, Rusiyada "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin də göyərtəsində olduğu təyyarənin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri həyatını itiriblər.

 

Modern.az Rusiya mətbuatında hadisə zamanı ölən digər şəxslərlə bağlı yayılan məlumatları təqdim edir.

 

Valeri Çekalov Priqojinə ən yaxın "menecer"lərdən biri imiş. O, 2000-ci illərdən oliqarxın yanındadır. Priqojin Moskvada məktəblərin ərzaq bazarını ələ keçirəndə layihəyə Çekalov rəhbərlik edib. O, sonradan hərbçilər üçün ərzaq tədarükü müqavilələrinə də cavabdehlik daşıyıb. Çekalov Priqojinin xaricdəki bütün “mülki” layihələrinə, istər geoloji kəşfiyyat, istər neft hasilatı, istərsə də kənd təsərrüfatı kimi layihələrə nəzarət edib. O, həmçinin "Vaqner"in logistika və təminatına da cavabdeh olub. Suriya və Afrikadakı bütün layihələrinin bağlı olduğu özəl şirkətlərə də rəhbərlik edən Çekalov idi.

 

Dmitri Utkin "Vaqner"də Priqojinin sağ əli olub. Komanda və döyüş hazırlığına məsul şəxs Utkin idi. Məlumata görə, Priqojin, Utkin və Çekalov həmişə birlikdə uçurmuş. Çekalov bütün arxa cəbhəyə, Utkin isə döyüş bölməsinə cavabdeh olub.

 

Yevgeni Makaryan keçmiş polis, rütbəcə kiçik leytenant olub. O, 2016-cı ilin martında "Vaqner"ə qoşulub. Sambo ilə məşğul olub. O, 2017-ci ilin yanvarında ABŞ təyyarələrinin atəşinə məruz qalan Suriyadakı 4-cü "Vaqner" hücum dəstəsinin tərkibində olub. Hadisə zamanı sol bud nahiyəsindən yara alıb. Priqojinin cangüdəni olduğu deyilir.

 

Sergey Propustin hərbçi, rütbəcə praporşik olub. İkinci Çeçenistan müharibəsində vuruşub. 2015-ci ilin martında "Vaqner"ə qoşulub. Muzdluların ikinci kəşfiyyat və hücum dəstəsinin üzvü olub. Propustinin də Priqojinin cangüdəni olduğu bildirilir.

 

Aleksandr Totmin də Priqojinin cangüdənlərindən biri olub, onun haqqında məlumatlar məhduddur.

 

Nikolay Matuseyev 2017-ci ilin yanvarından "Vaqner"dədir. O, Suriyada 4-cü hücum dəstəsində atıcı kimi xidmət edib.

 

Aleksey Levşin təyyarə ekipajının komandiri olub. O, Voronejdəndir. Onun həyat yoldaşı Svetlana Levşina avqustun 23-də axşam sosial şəbəkələrdə ərinin öldüyünü təsdiqləyib.

 

Rüstəm Kərimov təyyarənin 29 yaşlı ikinci pilot idi. 2014-cü ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbini bitirib. Həyat yoldaşı Anastasiyanın "VKontakte"dəki şəxsi səhifəsində verdiyi məlumata görə, Rüstəmin ölümündən 5 gün əvvəl onlar evliliklərinin dördüncü4-cü ildönümünü qeyd ediblər.

 

Kristina Raspopova isə stüardessa olub. 38 yaşlı qadın əslən Çelyabinsk vilayətindəndir. Moskva Maliyyə və Hüquq Universitetini bitirib. Məlumata görə, o, Çelyabinsk vilayətinin Yemanjelinsk şəhər prokurorunun müavini Yevgeni Raspopovun bacısıdır. Bildirilir ki, yola düşməzdən bir neçə saat əvvəl ailəsinə bildirib ki, nədənsə onların uçuşu gecikib. İddialara görə, təyyarəni qısamüddətli təmirə aparıblar.

 

Qeyd olunub ki, Priqojinin həyat yoldaşı Lyubov hadisə zamanı Hindistanda tətil keçirirmiş.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi