Modern.az

Qarabağda qarıldayan Qaragin

Qarabağda qarıldayan Qaragin

Aktual

26 Aprel 2016, 09:58

Hə, bax o Qaragindi, Qaragündü nədi, bir sürü erməni keşişini dalına salıb gətirmişdi Qarabağa. Azərbaycan əsgərinin zərbələrinin nişanələrini görüb başladılar qarğa kimi qarıldamağa. Özü Qaragün, libası qapqara, səsi qarğa… dığaları ağladıb, qarışdırdı bir-birinə.

Bilmirəm sosial mediada, ya onların TV-lərində görmüsünüz, ya yox. Hərbi paradda qara keşişlər də sıra ilə qarıldaşa-qarıldaşa addımlayır. Əlbəttə, tökülən qanların ən böyük baislərindən biri elə erməni kilsəsidir - qara geyimli qarğaların qara yuvaları.

Yadınıza bir hadisəni salmaq istəyirəm. Azərbaycan, Gürcüstan və Ermənistan sərhəddində bir «Dostluq» abidəsi vardı. O abidəyə əldəqayırma bomba qoyan qara geyimli keşiş də yadınızdadımı? Yəqin ki, unutmamısınız.

Və o zaman o qara keşişin qara əlləri ilə abidəyə qoyduğu bomba vaxtından qabaq işlədi. Nətəhər partladısa həmin dığanın saqqalının bir tərəfdən, boğazındakı xaçı o biri tərəfdən, qolunu-qıçını-zadı da digər tərəfdən yığıb, yerinə düzmək istədilər alınmadı. Qara keşişin qara cəsədi tamamlanmadı, yəni bədəninin bəzi «zapçastları» ələ gəlmədi.

Və mən o vaxt fikirləşdim ki, doğrudan da erməni deyilən zat yığma bir şeydi. Dini özgənin, dili özgənin, başı başqasının, ürəyi ayrısının, qolu-qılçı kim bilir kimin… Ruslar, fransızlar, ingilislər, amerikanlar… yığışıb bir «erməni» markası qayırıblar. Buna görə də ermənini minib istədiyi yerə çapmağa həmin o «konstruktorun» hər birinin ixtiyarı var. Erməni etiraz eləsə, məsələn, rus qolunu-qılçını alar ki, bu mənimdir, səni bu torpaqlara mən gətirmişəm. Almanlar ürəyini, ingilislər gözlərini alsalar yerində… barmağımın başı qalmaz!

İndi qaragün Qaragin qara paltarda gəlib Qarabağda qarğa kimi qarıldayanda məni gülmək tutdu. Səsi qarıldamaqdan çox, zarıldamağa oxşayırdı.

Və görünür dığalar da bu səbəbdən ağlaşıb, qarşımışdılar bir-birinə.

Hələ çox ağlayacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı