Modern.az

“Formula 1”də pilot yolu səhv saldı

“Formula 1”də pilot yolu səhv saldı

Aktual

17 İyun 2016, 13:31

“Formula 1” üzrə Avropa Qran Prisinin sərbəst yürüşündə maraqlı hadisə baş verib. "Report"un məlumatına görə, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

16-cı döngədə sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Daha sonra pilot bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

Analoji hadisə ilə eyni döngədə "Red Bull" komandasının pilotu Daniil Kvyat da üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes"in pilotu Lyuis Hamiltona məxsusdur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı