Modern.az

İŞİD daha dörd nəfəri daşqalaq edib

İŞİD daha dörd nəfəri daşqalaq edib

Aktual

17 İyun 2016, 22:26

İraq şəhərlərindən birində İŞİD terror qruplaşmasının yaraqlıları həyat yoldaşına xəyanət edən dörd kişini daşqalaq ediblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu qəddar cəzaya yalnız böyüklər deyil, eləcə də uşaqlar şahid olub. Edam yerindən çəkilən şok şəkilləri terrorçular internetdə paylaşıblar. Şəkillərdə qəddar cəzaya yalnız böyüklər deyil, eləcə də uşaqlar şahid olduğu görünür.

 

Nəşr qeyd edir ki, İŞİD cəlladları orta ölçülü daşlardan istifadə ediblər, məqsəd isə edam edilənlərin əzablarını mümkün qədər uzatmaq olub.

 

Qeyd edək ki, Suriya və İraqın zəbt edilmiş şəhərlərində terrorçular ilk dəfə deyildi ki, kütlə qarşısında insanları edam edirdilər. Onlar yalnız yerli sakinləri deyil, eləcə də şəriət qanunlarını pozmaqda və ya fərarilikdə ittiham edilən öz sabiq silahdaşlarını da edam ediblər.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı