Modern.az xəbər verir ki, bu gün səhər saatlarında Dənizkənarı Milli Park ərazisində 1 nəfər (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə) intihar məqsədiylə özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olan kimi boğulmaq təhlükəsi ilə üzləşən şəxsin xilası üçün dərhal tədbir görülüb. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat səhər saat 05:55-də başa çatıb.
Modern.az