Son illər Azərbaycan mühacirət irsinin, onun yaradıcılarının həyat və fəaliyyətinin indiki tələblər baxımından sistemli, ardıcıl araşdırılmasına, dəyərləndirilməsinə xüsusi diqqət göstərilir.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə oktyabrın 10-da öz işini uğurla başa vuran “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfransıdediklərimizi təsdiqləyir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Almas İldırımın anadan olmasının 100, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130, Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150, Əli bəy Hüseynzadənin anadan olmasının 150, Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinin keçirilmişi ilə bağlı Sərəncamları isə xalqımızın tarixində və taleyində parlaq iz qoymuş xadimlərin həm xatirəsinin əbədiləşdirilməsi , həm də mühacirətdə formalaşmış milli ədəbi-mədəni sərvətimizə göstərilən qayğını əksetdirən mühüm tarixi sənədlərdir.
Bu günlərdə- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 yubileyi ərəfəsində diqqətimi çəkən, sanbalına və tərtibatına görə üç bənzərsiz əsər elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından buraxdığı “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi- elmi irsindən seçmələr” ( I cild) adlı kitaba ( Bakı, “Elm” nəşriyyatI, 2016, 355 səh)görkəmli ictimai-siyasi xadim, yazıçı- publisist, ədəbiyyatşünas, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, kommunist ideologiyasına və sovet rejiminə qarşı sonadək mübarizə aparmış istiqlal mücahidi Məhəmməd Əmin Rəsulzadənin ikinci mühacirət illərində (1922-1955) qələmə aldığı bədii, elmi- publisistik əsərlər, monoqrafiyalar daxil edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabAzərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Mühacirət -ədəbi-elmi irsinə nümunə” adlı ön sözü, Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı “Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü bədii yaradıcılığı və ədəbiyyatşünaslıq fəaliyyəti” adlı məqaləsi ilə başlayır. Burada toplanan M. Ə. Rəsulzadənin “Mayıs duyğuları”, “Qəzetçi Seyid”, “Bir türk milliyyətçisinin Stalinləixtilal xatirələri” kimi bədii əsərləri, ”Azərbaycan Cümhuriyyəti”, “Qafqaz türkləri” monoqrafiyalarından fəsillər, “Azərbaycan kültürgələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı” kimi əsərlər akademik İsa Həbibbəylinintəbirincə desək, M.Ə. Rəsulzadənin ... böyük siyasətlə elmin vəhdətinin bənzərsizliyinə və əbədiliyinə mənalı bir nümunədir.Yeri gəlmişkən qeyd edək ki,“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda Bakıda keçirilən II Beynəlxalq elmi konfransı çərçivəsində bu əsəri təqdimatı da keçirilmişdir.
Azərbaycan mühacirət irsinin fədakar və təmənnasız toplayıcısı, tədqiqatçısı Ramiz Abutalıbovun və istedadlı araşdırmaçıGiorgiMamulianın birgə əməyi ilə ərsəyə gəlmiş “Odlar yurdu azadlıq və müstəqiilik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi (1920-1945) adlı fundamental araşdırma (Bakı, ,TEAS Press nəşriyyat evi,2015, 464 səh.) respublikamızındövlət müstəqilliyinin bərpasının 25 illiyinə layiqli nəşri töhfələrdəndir. Monumental əsərə SSRİ ərazisindən-Azərbaycanla yanaşı Dağıstan və Şimali Qafqaz, İdil-Ural, Türkistandan olan mühacirətinin Türkiyədə ən səriştəli və məhsuldar tədqiqatçılarından Ömər Özcan “Azadlıq mücadiləsinin və mücahidlərinin haqqını verən kitab” adlı müqəddimə və əsərin elmi redaktoru tarix üzrə elmlər doktoru Aydın Balayev ön söz yazmışdır. Səkkiz fəsildən, “Nəticə”, “Şəxslər haqqında məlumat”, “Qaynaqlar və biblioqrafiya”, ”Adlar göstəricisi”ndən ibarət topluda Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizənin Tiflis dövrü (1920-1921), Brian hökuməti və Sevr sazişinin təftiş edilməsi cəhdləri, Vahid Qafqaz dövlətinin yaradılmasının ilk layihələri (1921). Azərbaycanın diplomatik nümayəndə heyətinin Kann, Genuya və Lozanna konfransları dövründəki fəaliyyəti (1922-1923),”Prometey” hərəkatı çərçivəsində Polşa ilə Azərbaycanın qarşılıqlı münasibətləri(1924-1931), Qafqaz Konfederasiyasının Brüssel Paktı Və “Prometey”hərəkatında Qafqaz mühacirət təşkilatlarının yenidən qurulması (1931-1935), Azərbaycan Milli Azadlıq Hərəkatı “Prometey” cəbhəsi fəaliyyətinin son mərhələsi (1935-1939), “Qəribə müharibə” dövründə (1939-1940) Azərbaycan mühacirəti və Qərb dövlətlərinin Qafqaz layihəsi , II Dünya müharibəsi dövründə (1939-1945) Almaniya- Azərbaycan əlaqələrinin siyasi aspektləri nadir tarixi sənədlərə istinad edilərək tədqiq, təhlil edilir və qiymətləndirilir. Müəlliflərin istinad etdiyi həmin mənbələr bundan sonra da 1920-1945-ci illərdə Azərbaycan mühacirətinin təşəkkülünü , fəaliyyətini daha dərindən təhlil, tədqiq etməyə və dəyərləndirməyə imkan verəcəkdir.
Haqqında bəhs edəcəyimiz üçüncü bənzərsiz tədqiqat əsərin müəlliflərinadir və aktual mövzularda fundamental araşdırmaları ilə böyük nüfuz qazanmış prof.Ədalət Tahirzadə, gənc və istedadlı tədqiqatçı Oğuztoğrul Tahirzadədir.Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr olunan və Azərbaycan Xalq Cümhuriyyətinin ali təhsil almaq üçün xarici ölkələrə göndərdiyi 100 nəfər tələbənin sonrakı taleyinin salnaməsi “Azərbaycan Cümhuriyyət tələbələri. Tarixi arayış. Bəlgələr, Yaşamlar” (Bakı, ,TEAS Press nəşriyyat evi,2016, 1222səh.)adlanır. Əsərə yazdığı “Azərbaycan dövlətçiliyi tarixində təhsil məsələləri” adlı ön sözündə tarix üzrə elmlər doktoru, prof. Kərim Şükürov haqlı olaraq bu fikirdədir ki,kitabın elmi-tədqiqat xarakteri, eyni zamanda ensiklopedik səciyyə daşıması və geniş indekslə təmin olunması ondan istifadənin səmərəliliyini daha da artırır və onu stolüstü nəşrə çevirir. AMEA Humanitar Elmlər Bölməsinin akademik katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əsəri ”titanik əməyin məhsulu” adlandırır, AMEA Tarix İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov kitabdakı “hər fikrin inkarediməz sənədlərlə əsaslandırıldığını” vurğulayır və ”indiyədək təhsil tariximizə dair yazılmış ciddi monoqrafiya” hesab edir, UNESCO-nun keçmiş şöbə müdiri Ramiz Abutalıbov əsərdə “indiyədək əldəyməmiş yüzlərlə sənədin üzə çıxarıldığınına və ciddi elmi monoqrafiya olmasına baxmayaraq, bədii əsər kimi maraqla oxunduğuna” diqqəti çəkir. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti, bu istiqamətdə həyata keçirilən islahatlar, tədbirlər, tələbələrin xarici ölkələrə göndərilməsi məqsədi, təşəbbüsü, təşkili, həyata keçirilməsi, ixtisasların, ali məktəblərin müəyyənləşdirilməsi. Azərbaycanın bolşevik işğalından sonrakı dönəmdə tələbələrin taleyi ilə bağlı müfəssəl məlumatlar əksini tapmışdır.
Abid Tahirli