Modern.az

Koçaryanın evində axtarış aparılır

Koçaryanın evində axtarış aparılır

Dünya

25 Avqust 2026, 09:04

Ermənistanın keçmiş prezidenti, müxalifətdəki “Ermənistan” fraksiyasının lideri Robert Koçaryanın və oğlu, deputat Levon Koçaryanın evlərində axtarış aparılır.

Modern.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarından etibarən Koçaryanların evlərində əməliyyat-axtarış tədbirləri keçirirlər.

İlkin məlumata əsasən, Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Hazırda axtarışların hansı səbəbdən keçirildiyi və Köçəryanın Milli Təhlükəsizlik Xidmətinə aparılmasının konkret səbəbləri açıqlanmayıb.

Levon Köçəryanın evində aparılan axtarışla bağlı da əlavə məlumat verilməyib.

Qeyd edək ki, Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub. O, hazırda ölkənin əsas müxalifət qüvvələrindən biri olan “Ermənistan” fraksiyasına rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi