Modern.az

Bakıda bağ evinə basqın - gözətçini yaralandı, ev yandırıldı

Bakıda bağ evinə basqın - gözətçini yaralandı, ev yandırıldı

Aktual

28 İyun 2017, 12:46

Bakıda bağ evinə basqın edilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.

 

 

İ.Vasin xəstəxanaya yerləşdirilib.

 

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

 

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...