Modern.az

BDU-nun vyetnamlı tələbələri ilə görüş olub

BDU-nun vyetnamlı tələbələri ilə görüş olub

Aktual

13 İyul 2017, 15:48

Bu gün Bakı Dövlət Universitetində müxtəlif illərdə bu ali təhsil ocağının bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib. 

 

Modern.az xəbər verir ki, BDU-nunhüquq, geologiya, fizika, mexanika və tətbiqi riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrinin məzunları ilə görüşürektor, akademik AbelMəhərrəmov açıbBu günün BDU-nun həyatında əlamətdar tarixlərdən biri olduğunu bildirən rektor vyetnamlı məzunların təhsil aldığı dövrdən uzunmüddət keçsə də yenidən universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, BDU-nun vyetnamlı məzunları ölkələrində tanınmış şəxslərdir. Onların arasında nazir, nazir müavinləri postunda, eyni zamanda, dövlət və hökümət strukturlarında, ali təhsil sistemində çalışan çoxsaylı mütəxəssislər var.

Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor bugünkü görüşün xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsi olduğunu bildirib.

Vyetnamın Hanoi Universitetinin professoru, BDU-nun Biologiya fakültəsinin 1978-ci il məzunu Nquyen Van Ma yenidən universitetdə olmaqdan və onlara dərs demiş müəllimlərini görməkdən məmnun olduqlarını bildirib.

Görüşdə universitetin vyetnamlı məzunlara dərs demiş müəllimlərikeçmiş tələbələrilə bağlı xatirələrini bölüşüblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!