Modern.az

Rusiya müharibəni davam etdirmək üçün tələblərini artırır

Rusiya müharibəni davam etdirmək üçün tələblərini artırır

Dünya

Bu gün, 13:56

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Rusiyanın müharibəni davam etdirmək üçün tələblərinin siyahısını genişləndirdiyini bildirib.

Modern.az xəbər verir ki, Kallas Moskvanın indiki yanaşmasını 2021-ci ildə irəli sürdüyü tələblərlə müqayisə edib.

“2021-ci ildə Rusiya müharibəyə başlamaq üçün açıq-aşkar bəhanəyə çevrilən tələblər siyahısı təqdim etdi. İndi eyni tələbləri yenidən irəli sürür, üstəlik, onlara yenilərini əlavə edir. Bu da müharibəni davam etdirmək üçün açıq-aşkar bəhanədir”, – deyə o vurğulayıb.

Kallasın sözlərinə görə, Rusiya təklif gözlədiyini, avropalıların isə ona heç nə təklif etmədiyini bildirərək daim istifadə etdiyi taktikaya əl atır.

“Nəticədə birdən belə çıxır ki, məhz biz onlara nəsə təklif etməliyik. Halbuki müharibəni başlayan onlardır”, – deyə Aİ-nin xarici siyasət rəhbəri qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!