Modern.az

Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Ölkə

Bu gün, 13:50

Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olmuş azərbaycanlı hərbçi Nəsimi Musayev barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, noyabrın 13-də Nəsimi Musayevin işi üzrə ilkin istintaq başa çatdırılıb və ittiham aktı ilə birlikdə materiallar prokurora təqdim olunub. Hazırda cinayət işi məhkəmədədir.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar. 

Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!