Modern.az

İstanbul terrorunun təşkilatçısı həbs olundu

İstanbul terrorunun təşkilatçısı həbs olundu

Aktual

13 İyul 2017, 17:08

Türkiyə hüquq-mühafizə orqanlarının 4 vilayətdə keçirdiyi əməliyyat nəticəsində PKK-nın 44 üzvü saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, saxlananlar arasında ötən ilin dekabrında İstanbulda törədilmiş terror aktının təşkilatçısı da var. Bu barədə açıqlamanı İstanbul valisi Vasip Şahin deyib.

 

Xatırladaq ki, 2016-cı ilin dekabrında İstanbulda “Vodafone Arena” yaxınlığında futbol matçından sonra törədilmiş terror aktında 38 nəfəri polis əməkdaşı olmaqla 44 nəfər həlak olmuşdu.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!