Modern.az

Bakı Metropolitenində gənc qız özünü qatar relslərinin üstünə atıb

Bakı Metropolitenində gənc qız özünü qatar relslərinin üstünə atıb

Aktual

14 İyul 2017, 18:12

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.

 

“Report”un xəbərinə görə, hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

 

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə qadın xəsarət almayıb.

 

Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Araşdırmalar davam etdirilir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı