Modern.az

AZAL-ın təyyarəsi məcburi eniş etdi

AZAL-ın təyyarəsi məcburi eniş etdi

Aktual

14 İyul 2017, 21:54

"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakıdan Sankt-Peterburqa uçan təyyarəsi Moskvanın "Domodedovo" aeroportunda məcburi eniş edib. Modern.az xəbər verir ki, Peterburqun "Pulkovo" aeroportundakı xüsusi tədbirlə əlaqədar olaraq təyyarə Moskvaya yönəldilib və orada uğurlu eniş edib. Təyyarənin göyərtəsində 163 sərnişin və 7 ekipaj üzvü olub.

Qeyd edək ki, “Airbus A320” təyyarəsi Bakıdan səhər saat yeddidə uçub və 10:10-da "Pulkovo”da yerə enməli idi. Moskvadan Sankt-Peterburqa uçuş müvafiq icazənin alınmasından sonra olacaq. Öz növbəsində Sankt-Peterburqdan Bakıya əvvəlcə saat 22:50-yə nəzərdə tutulmuş əks-reys də yubanır.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı