Modern.az

Seçki Məcəlləsinə dəyişiklik edilə bilər...  

Seçki Məcəlləsinə dəyişiklik edilə bilər...   

Aktual

10 Avqust 2017, 15:30

2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yayılan xəbərlərə görə, qarşıdakı seçki marafonu ərəfəsində Seçki Məcəlləsinə hansısa dəyişikliyin edilməsi gözlənilir...


Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinbin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlama verib.

Deputat Seçki Məcəlləsinə hər hansı bir ciddi dəyişikliklərin edilməsinin gözlənilmədiyini deyib.

“Amma nəzərə alsaq ki, 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi  ilə Azərbaycan Respublikasının Konstitusiyasına seçki ilə bağlı bəzi məsələlərdə dəyişiklik edildi. Azərbaycan xalqı bu dəyişikliklərə səs verdi. Ola bilsin ki, həmin boşluğun qanunauyğun doldurulması üçün hansısa dəyişiklik edilsin. Amma bütün hallarda, yəni indiki Seçki Məcəlləsi,  Konstitusiyaya edilmiş əlavə və  dəyişikliklər hesab edirəm ki, ən demokratik seçki sisteminin həyata keçirilməsi üçün qüvvədə olan qanun bazasından biridir”. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV