Modern.az

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı

Aktual

19 Avqust 2017, 17:29

Ermənistanda ağır yol-qəza hadisəsi baş verib.

 

Modern.az  Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza Lori vilayətinin  Alaverdi-Stepanavan avtomobil yolunda qeydə alınıb.

 

“Opel” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 7-si isə yaralanıb.  Hadisə yerinə dərhal təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...