Modern.az

Mingəçevirdə iki gənc bıçaqlandı

Mingəçevirdə iki gənc bıçaqlandı

Aktual

26 Avqust 2017, 21:03

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Energetik" adlı yaşayış massivində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Mingəçevir sakini Qəmbərli Elçin Gülbalı oğlu ilə 1989-cu il təvəllüdlü Məmmədov Zamiq Ədalət oğlu və Mehman Məmmədov arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı E. Qəmbərli Z. Məmmədovu və M. Məmmədovu bıçaqlayaraq ağır xəsarət yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı