Modern.az

Araşdırma məcbur gülümsəməyin mənfi nəticələrini üzə çıxardı

Araşdırma məcbur gülümsəməyin mənfi nəticələrini üzə çıxardı

Dünya

Bu gün, 02:32

ABŞ-ın Florida Universitetinin psixoloqu Nikolas Koulzun rəhbərlik etdiyi tədqiqatçılar müəyyən ediblər ki, insanın daim gülümsəməyə məcbur edilməsi, xüsusilə buna görə cəzalandırılmaq qorxusu olduqda, əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər.

Modern.az xəbər verir ki, “Journal of Experimental Social Psychology” jurnalında dərc olunan araşdırmada 1174 nəfərin iştirakı ilə eksperiment keçirilib.

İştirakçılara xoş və xoşagəlməz şəkillər göstərilib, onlardan ya qəsdən gülümsəmək, ya da üz ifadələrini təbii saxlamaq tələb olunub. Bəzi iştirakçılara tapşırığa əməl etmədikləri halda vəd edilən 6 dollardan 2 dollar itirə biləcəkləri bildirilib.

Nəticələr göstərib ki, xoşagəlməz şəkillərə baxarkən bir dəfə qəsdən gülümsəmək xoşbəxtlik hissini bir qədər artıra bilər. Lakin bu hərəkət təkrarlandıqda təsir zəifləyib, pul itirmək təzyiqi olduqda isə tamamilə yoxa çıxıb.

Xoşagələn şəkillərə baxarkən məcburi və təkrarlanan gülümsəmə əksinə, xoşbəxtlik hissini azaldıb, qıcıqlanma və qəzəbi artırıb.

Tədqiqatçılar hesab edirlər ki, daim mehriban və gülərüz görünmək tələbi insan üçün emosional baxımdan yorucu ola bilər.

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)