Modern.az

8 yaşlı uşaq göldə batdı

8 yaşlı uşaq göldə batdı

Aktual

26 Avqust 2017, 23:52

Masallıda 8 yaşlı oğlan göldə batıb. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini  2009-cu il təvəllüdlü  Elməddin Abdul oğlu Abdullayev yaşadığı evin yaxınlığında kiçik bir göldə, valideynlərindən xəbərsiz çimmək istəyib. Göl dərin olduğundan o, orada batıb. Qardaşının hadisə barədə dərhal valideynlərinə xəbər verməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Azyaşlının meyiti yaxınları tərəfindən sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı