Modern.az

"Total" İrandan çıxdı

Aktual

20 Avqust 2018, 13:40

Fransanın "Total" neft şirkəti İranı tərk edib.

Modern.az-ın məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir qeyd edib ki, "Total" rəsmi olaraq "Cənub Pars-11" yatağının işlənməsi üzrə müqavilədən çıxıb. Şirkətin müqavilədən çıxdığını elan etməsindən iki aydan çox vaxt keçib".

Onun sözlərinə görə, İran hazırda "Total"ın əvəzinə yeni şirkət axtarır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!