Modern.az

Kürdəmirdə ağır qəza

Kürdəmirdə ağır qəza

Aktual

31 Avqust 2018, 20:48

Kürdəmir rayonunda yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 90 MU 151 dövlət qeydiyyat nişanlı "Niva" markalı minik avtomobili 99 BX 363 dövlət qeydiyyat nişanlı MAN markalı yük maşınına çırpılıb. Nəticədə "Niva"nın sürücüsü, Bakı şəhəri, Binəqədi rayon sakini Sadiq Əli oğlu Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı