Modern.az

Elmar Məmmədyarov baş katiblə görüşdü

Elmar Məmmədyarov baş katiblə görüşdü

Aktual

27 Sentyabr 2018, 13:20

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş batibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib.

Modern.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı