Modern.az

Yeni iPhone telefonlarının satışları gözləntiləri doğrultmayıb

Yeni iPhone telefonlarının satışları gözləntiləri doğrultmayıb

Aktual

9 Yanvar 2019, 14:09

ABŞ-ın Apple şirkəti iPhone telefonlarının son 3 modelini – iPhone XS, XS Max və XR istehsalını 10% azaltmağı planlaşdırır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə, il ərzində 47-48 milyon ədəd iPhone istehsalı nəzərdə tutulsa da, proqnozlar 40-43 milyona qədər azaldılıb.

 

iPhone şirkəti bu barədə xəbərləri şərh etməsə də, ötən həftə Apple-ın prezidenti Tim Kuk Çinlə ABŞ arasında ticarət müharibəsinin davamını və yeni iPhone telefonlarının inkişaf etməkdə olan ölkələrin bazarlarında zəif satılmasını şirkət üçün təhlükə adlandırmışdı.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...