Modern.az

Göyçayda zəncirvari qəza

Göyçayda zəncirvari qəza

Aktual

18 Fevral 2019, 00:12

Göyçay rayonunda zəncirvari yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Üç avtomobilin qəzaya uğraması nəticəsində rayonun Çayarxı kənd sakini, 1983-cü il təvəllüdlü Akif Əhmədov xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.

 

Qəza nəticəsində iki avtomobilə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı