Modern.az

“Dövlət Departamenti Qarabağa səfərlərimizə mane olur” – Konqresmen  

“Dövlət Departamenti Qarabağa səfərlərimizə mane olur” – Konqresmen  

Aktual

28 Mart 2019, 10:51

ABŞ Dövlət Departamenti Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən şəxslərə məhdudiyyətlər tətbiq edir.

 

Modern.az xəbər verir ki, ermənipərəst konqresmen Frank Pallone bu məsələ ilə bağlı yerli erməni diasporuna şikayət edib.

“Biz ilk növbədə, Qarabağa getmək üçün ABŞ-a məxsus nəqliyyat vasitələrindən istifadə edə bilmirik. Bundan başqa, Dövlət Departamenti bizə tez-tez ora getməyin təhlükəli olması barədə xəbərdarlıq edir. Onlar bu səfərlərin ciddi neqativ effektə malik olacağını, bizim Azərbaycanın “qara siyahı”sına düşəcəyimizi xatırladırlar”.

 

Pallone ermənipərəst konqresmenlərin Dövlət Deparatamentinin Qarabağa səfərləri məhdudlaşdıran sənədini ləğv  etməyə çalışdıqlarını da bildirib.     

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı