Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Sergey Lavrov Suriya ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, iki tərəf Suriya Konstitusiya Şurasaının yaradılmasının sürətlənməsi barədə razılaşıblar.
“Suriya hökuməti, müxalifəti və BMT ekspertlərinin iştirakı ilə bu Şura yaradılacaq”-deyə Lavrov açıqlama verib.