Modern.az

“Arsenal” və “Çelsi” nümayəndələri Bakıya gəldilər

“Arsenal” və “Çelsi” nümayəndələri Bakıya gəldilər

Aktual

13 May 2019, 16:10

UEFA Avropa Liqası turnirinin bu il final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi”  rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellərlə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, finalı görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı