Deputat Vahid Əhmədov növbəti dəfə seçiciləri qəbul edib.
Modern.az-ın məlumatına görə, parlamentdəki görülmüş işlər barəsində danışan millət vəkili seçicilərinin ona etdiyi müraciətlərin iş prosesində nəzərə alındığını vurğulayıb.
Ümumiyyətlə, Milli Məclisdə vətəndaşların müraciət və təkliflərinə diqqətin artdığını bildirib.
Quba və qonşu Xaçmaz rayonundan qəbula gəlmiş 64 vətəndaş deputat tərəfindən təkbətək qəbul edilib.
Əhalinin kənd təsərrüfatı işlərilə bağlı artan qayğıları, torpaqların verilməsi zamanı yaranan problemlər, evlərin sənədləşdirilməsindəki əngəllər, işədüzəlmə, məhkəmə qərarlarının ləng icrası və digər məsələlər qəbul zamanı baxılan məsələlər sırasında olmuşdur. Seçicilər tərəfindən deyilmiş bütün məsələlər köməkçi tərəfindən deydiyyata alınmış, bəzı məsələlər yerindəcə həllini tapıb.
Qəbuldan sonra Quba yol İdarəsinin məsul işçilərilə yeni tikilən Quba-Qonaqkənd yoluna baxış keçirilib, tamamlama işlərinin yüksək keyfiyyətlə aparıldığını və yaxın vaxtlarda təhvil veriləcəyi barədə deputata məlumat verilib.
Növbəti qəbul avqust ayına planlaşdırılıb.