Modern.az

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb

Aktual

4 Oktyabr 2019, 20:50

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb.



Daxili İşlər Nazirliyindən Modern.az verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də saat 14 radələrində 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!