Goranboy rayonunda mikroavtobus yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.