Modern.az

Neft Fondu dollar satışını artırdı

Neft Fondu dollar satışını artırdı

Aktual

11 Mart 2020, 10:36

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin fevral ayında satılan vəsaitin həcmi açıqlanıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə, 2020-ci ilin fevral ayı ərzində ARDNF tərəfindən 543,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin yanvar ayı ilə müqayisədə 81%, ötən ilin fevral ayı ilə müqayisədə isə 71,8% çoxdur.

 

"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin yanvar-fevral aylarında ARDNF tərəfindən 843,6 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,9% azdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı