Modern.az

Xankəndi stadionunda ilk oyunun tarixi məlum oldu

Xankəndi stadionunda ilk oyunun tarixi məlum oldu

Ölkə

Bu gün, 11:40

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.

Peşəkar Futbol Liqasından Modern.az-a bildirilib ki, I Liqanın VIII turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları bu arenada üz-üzə gələcəklər.

Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Xankəndi” klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.

 

1561802

Sizə yeni x var
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi