Azərbaycan Xarici İşlər Nazirliyi Polşada insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
"Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı yaralanmalarla nəticələnən silahlı hücum xəbərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq. Bu çətin günlərdə düşüncələrimiz Polşa xalqı ilədir", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Polşanın Krakov şəhərinin baş meydanında baş verən atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın insan isə yaralanıb.
We are deeply saddened by the shooting in Krakow, Poland, which resulted in loss of lifes and many injuries. We extend our sincere condolences to the families and loved ones of the victims and wish a speedy recovery to those injured. Our thoughts are with the people of Poland during this difficult time. @PolandMFA
— MFA Azerbaijan (@AzerbaijanMFA) November 10, 2026