Modern.az

Azərbaycanda qarın hündürlüyü 33 santimetrə çatıb

Azərbaycanda qarın hündürlüyü 33 santimetrə çatıb

Ölkə

Bu gün, 11:34

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə intensiv yağıntılar qeydə alınıb, dağlıq ərazilərə qar yağıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 11:00-a olan məlumatında bildirilib.

Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaşda (Qax), Əlibəydə (Zaqatala) və Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan və Altıağacda 3 santimetr olub.

Bakıda və Abşeron yarımadasında ən çox yağıntı Pirallahıda qeydə alınıb – 31 millimetr. Yağıntının miqdarı Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda isə 3 millimetr təşkil edib.

Bölgələrdə bu göstərici Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, digər qeyd olunan rayon və şəhərlərdə isə 1–5 millimetr olub.

Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 26 metrə çatıb.

Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay, Şamaxı və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi