Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskva istisna olmaqla, dünyanın istənilən yerində görüşməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik bildirib.
“Zelenski ilk fürsətdə Putinlə görüşməyə hazırdır — istər dekabrda Floridada G20 sammiti çərçivəsində, istərsə də dünyanın başqa bir yerində. Lazım gələrsə, hətta Antarktidada. İstənilən yerdə, ancaq Moskvada yox”, – diplomat deyib.
Melnikin sözlərinə görə, Kiyev sülhün əldə olunmasında qərarlıdır, lakin ali səviyyədə görüş olmadan nəticə qazanmaq mümkün deyil.
Kreml isə daha əvvəl Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini və səfər zamanı təhlükəsizliyinə təminat veriləcəyini açıqlayıb.