Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə Rüstəm Umerov rəhbərlik edir. ABŞ-ni Prezident Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner təmsil edirlər.
Danışıqların gündəliyinə müharibədən sonrakı təhlükəsizlik təminatları, gərginliyin azaldılması, humanitar məsələlər və sülhə nail olmaq üçün növbəti addımlar daxildir.