Ukraynaya veriləcək təhlükəsizlik təminatları Rusiya üçün də məqbul olmalıdır.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Bu, Rusiyanın da razılaşacağı bir mexanizm olmalıdır. Əks halda işləməyəcək”, – o deyib.
Rubio təhlükəsizlik təminatları ilə bağlı hələ konkret planın olmadığını, tərəflərin yalnız mümkün variantları müzakirə etdiyini vurğulayıb.
Dövlət katibi bu təminatları gələcək nizamlanmanın əsas şərtlərindən biri adlandırıb. Onun sözlərinə görə, mexanizm müharibədən sonra Ukraynanın özünü təhlükəsiz hiss etməsini təmin etməli, eyni zamanda Moskvanın maraqlarını nəzərə almalıdır.