Modern.az

Azərbaycan tibbi xalat və maska istehsalına başlayır

Azərbaycan tibbi xalat və maska istehsalına başlayır

Aktual

27 Mart 2020, 10:33

“Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq”.

 

Modern.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

M.Cabbarov qeyd edib ki, hazırda 6 yeni tibbi spirt istehsalçısı 100, 250, 500 millilitr, 1 və 5 litr həcmində spirt istehsal edir:

 

“Bu isə respublikada bütün ehtiyacları ödəməyə imkan yaradır. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir”.

 

Nazir eyni zamanda deyib ki, dezinfeksiya üçün sprey və gellərin də istehsalına başlanılıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?